Millimizin məşqçisi rəqiblərimizin oyununu izləyəcək

18:25 16 Mart 2018

Azərbaycan milli komandasının məşqçisi Elçin Rəhmanov yığmamızın rəqiblərinin oyunlarını izləyəcək.

 

Sportarena.az xəbər verir ki, yığmamızın baş məşqçisi Qurban Qurbanovun göstərişinə əsasən, səfərə yollanacaq çalışdırıcı iki görüşü stadiondan seyr edəcək.

 

O, UEFA Millətlər Liqasında millimizlə eyni qrupda mübarizə aparacaq komandaların oyunlarına baxacaq. Rəhmanov martın 24-də Fransada keçiriləcək Kosovo - Madaqaskar, ayın 25-də isə İspaniyada təşkil olunacaq Farer adaları - Lixtenşteyn qarşılaşmaları zamanı stadionda olacaq. 


Digər xəbərlər

Xəbər xətti