Məşhur futbolçu meydanda huşunu itirdi

14:15 17 Mart 2018

Madrid “Atletiko”sunun sabiq futbolçusu, hazırda Çinin “Dalyan İfan” klubunda çıxış edən Nikolas Qaytan meydanda huşunu itirib.

 

Sportarena.az xəbər verir ki, hadisə “Beytzin Qoan”la oyunda baş verib. Qaytana ilk yardımı komanda yoldaşı Yannik Ferreyra-Karrasko göstərib. O, Qaytana süni nəfəs verib. Həkimlərin ilkin yardımından sonra futbolçu xəstəxanaya çatdırılıb. 30 yaşlı futbolçu özünə gəldikdən sonra nə baş verdiyini xatırlamadığını deyib.

 

Qaytanla Karrasko Çin klubuna 2018-ci ilin fevralında keçiblər. “Dalyan İfan” onların iştirakı ilə keçirilən üç görüşün hamısında məğlub olub.


Digər xəbərlər

Xəbər xətti