“Trabzonsor” “Qarabağ”da icarə əsasında çıxış edən millimizin üzvü Ramil Şeydayevi birdəfəlik sata bilər.
Sportarena.az xəbər verir ki, bu barədə Türkiyənin “Fotomaç” nəşri məlumat yayıb. 22 yaşlı forvardın çıxışını nəzarətdə saxlayan Qara dəniz təmsilçisinin rəhbərliyi istənilən səviyyəyə çatmayacağı təqdirdə mövsümün sonunda Şeydayevi satmağa hazırdır.
Qeyd edək ki, Ramil bu mövsümün əvvəlindən icarə əsasında “Qarabağ”da çıxış edir.