İtaliya millisində ciddi itki

17:50 18 Mart 2018

İtaliya millisinin heyətində dəyişiklik edilib.

Sportarena.az xəbər verir ki, A Seriyasının son turunun SPAL-la oyununda (0:0) zədələnən “Yuventus”un müdafiəçisi Corco Kyellini yığmanın düşərgəsindən kənarlaşdırılıb. Onun əvəzinə isə “Vest Hem” klubunun formasını geyinən Ancelo Oqbonna milliyə çağırılıb.

Qeyd edək ki, İtaliya millii martın 23-də Argentina, 4 gün sonra isə İngiltərə ilə yoldaşlıq oyunları keçirəcək.


Digər xəbərlər

Xəbər xətti