La Liqa klubu onları qovdu - Uğursuz nəticələrə görə

10:30 19 Mart 2018

İspaniya çempionatında daha bir komanda məşqçini istefaya göndərib.

 

Sportarena.az xəbər verir ki, “Real Sosyedad” Eysebio Sakristanla yolları ayırıb. Baş məşqçi ilə bərabər idman direktoru Loren Xuarros da qovulub.

 

Bu şəxslərlə komandanın qeyri-qənaətbəxş nəticələrinə və uğursuz transferlərə görə əməkdaşlığa son qoyulub. “Real Sosyedad” 29 turdan sonra 15-ci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti