Aqolli qərar verdi - "Qarabağ"dan gedir? - ÖZƏL

14:10 19 Mart 2018

"Qarabağ"ın futbolçusu Ansi Aqolli karyerası barədə mühüm qərar qəbul edib.

 

Sportarena.az-ın əldə etdiyi məlumata görə, albaniyalı müdafiəçi mövsümün sonunda Ağdam klubunu tərk edəcək. O. bu barədə Azərbaycandakı yaxın ətrafına məlumat verib. 35 yaşlı futbolçu ailəsi ilə məsləhətləşdikdən sonra belə qənaətə gəlib. O, karyerasını vətənində bitirmək istəyir.

 

"Qarabağ" da mövsümün sonunda müqaviləsi başa çatacaq futbolçuya yeni müqavilə təklif etməyə tələsmir. Aqolli yaxın vaxtlarda qərarını klubuna bildirəcək.


Digər xəbərlər

Xəbər xətti