"Qarabağ" məşqlərə başladı

16:17 19 Mart 2018

Topaz Premyer Liqasının 20-ci turunda "Neftçi"ylə oyundan sonra istirahətə buraxılan “Qarabağ”ın üzvləri bu gün klubun bazasında bir araya gəlib. 

 

Sportarena.az xəbər verir ki, futbolçular saat 11:00-da məşqə çıxaraq, aprelin 1-də baş tutacaq "Keşlə"ylə oyunun hazırlığına start verib. Milli komandada yer alan futbolçular məşqdə iştirak etməyib.

 

Əvəzedici heyətin bir neçə üzvü də əsas komandayla məşqə çıxıb.


Digər xəbərlər

Xəbər xətti