Belarus BOS-da məşq edəcək

16:34 19 Mart 2018

Martın 23-də Bakıda Azərbaycan millisi ilə yoxlama oyunu keçirəcək Belarus yığmasının matçdan öncəki son məşqinin vaxtı məlum olub.

 

Sportarena.az xəbər verir ki, Belarus yığmasının martın 22-də, saat 18:30-da, Bakı Olimpiya Stadionunda ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşqi olacaq.

 

Qeyd edək ki, Azərbaycan millisi son məşqinə həmin gün saat 17:15-də Tofiq Bəhramov adına Respublika Stadionunda çıxacaq. Qarşılaşma Bakı Olimpiya Stadionunda keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti