"Kəpəz"in zədəlilərindən xəbər var

Sportarena.az      19 Mart 2018, 17:46

“Kəpəz” dünəndən məşqləri bərpa edib.

 

Sportarena.az xəbər verir ki, əvvəlcə fitnes zalında çalışan komanda üzvləri bu gün meydançada məşqə çıxıblar. “Sarı-göylər” Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda hazırlıq keçib.

 

“Kəpəz”in heyətində zədəli futbolçuların müalicəsi davam edir. Ötən tur “Sumqayıt”la matçda sonadək oynaya bilməyib əvəzlənən Dieqo Souzanın əzələsi yüklənib. Bir müddətdi ki, zədədən əziyyət çəkən Şadon Vinçesterlə Samir Zərgərovun vəziyyəti də həkim nəzarəti altındadı. Vinçesterdən fərqli Zərgərovla Souza martın 22-dən fərdi halda məşqlərə başlaya biləcəklər. Şadonun müalicə prosesi isə martın sonlarına kimi uzanacaq. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin