"Sumqayıt"da istirahət bitdi

Sportarena.az      19 Mart 2018, 22:36

Ötən turdə “Kəpəz”i məğlub edən “Sumqayıt” istirahəti başa vuraraq, hazırlıq proseslərini bərpa edib.

 

Sportarena.az xəbər verir ki, "kimyaçılar" bu gün saat 16:00-da Sumqayıt şəhər stadionunda Samir Abasovun rəhbərliyi altında məşqə çıxıb.

 

Hazırlığı komandanın rəhbərliyi də izləyib. "Sumqayıt"ın futbolçularından Cavid İmamverdiyev, Amil Yunanov, Rəşad Eyyubov və Tural Axundov əsas, Ülvü İsgəndərov, Bəhlul Mustafazadə və Ehtiram Şahverdiyev isə U-21 millinin toplanışında olduğundan məşqdə iştirak etməyiblər. Əvəzedici heyətdən isə bir neçə futbolçu hazırlıq prosesinə cəlb olunub. 1.5 saat davam edən məşqin ilk hissəsi yüngül qaçış, ikinci hissəsi isə toplu çalışmalarla keçirilib.

 

Qeyd edək ki, “Sumqayıt” həftə sonu yoxlama görüşü keçirməyi planlaşdırır. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin