Aqolli yığmaya niyə çağırılmır? - AÇIQLAMA

10:14 20 Mart 2018

"Qarabağ"ın futbolçusu Ansi Aqollinin Albaniya millisinə çağırılmamasının səbəbi müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, bu barədə yığmanın baş məşqçisi Kristian Panuççi məlumat verib. O, kapitanı milliyə yaş amilinə görə dəvət etmədiyini bildirib:

 

"Aqollinin sentyabrda 36 yaşı olacaq. Onunla bu barədə danışmışam. Lazım olsa, onu milliyə çağıracam. Aqolli ilə 28-30 yaşlarında çalışmaq istəyərdim.  Onun mümkün əvəzləyicini nəzərdən keçirirəm. Buna görə Ansini yığmaya çağırmamağı qərara almışam".

 

Xatırladaq ki, A.Aqolli Norveçlə yoldaşlıq oyunu üçün yığmaya dəvət almayıb.


Digər xəbərlər

Xəbər xətti