UEFA “Lion”u avrokuboklardan kənarlaşdıracaq?

11:30 20 Mart 2018

“Lion” avrokuboklardan kənarlaşdırıla bilər.

 

Sportarena.az xəbər verir ki, UEFA Fransa təmsilçisinin Avropa Liqasının 1/8 final mərhələsinin ÇSKA (Rusiya) ilə ev oyunu ilə bağlı araşdırmaya başlayıb. Doğma meydanda 2:3 hesabıyla uduzaraq, Avroliqada mübarizəni dayandıran “Lion” azarkeşlərinin həmin oyundakı hərəkətlərinə görə cəzalana bilər.

 

Belə ki, Avropanın ali futbol qurumu matç zamanı meydana yad cisimlərin atılması, irqçi şüarların səsləndirilməsi, pilləkənlərdə azarkeşlərin oturması ilə bağlı araşdırmaya başlayıb.

 

Xatırladaq ki, UEFA Avropa Liqasının ötən mövsümündə “Lion”la “Beşiktaş” arasında Fransada baş tutmuş oyundan sonra “şirlər”ə 1 il sınaq müddəti təyin etmişdi. Bu müddət bitməmiş klubun azarkeşlərinin növbəti qanun pozuntularına yol verməsi “Lion”un avrokuboklardan kənarlaşdırılacağı şübhəsi yaradıb. 

 

UEFA İntizam Komitəsi Fransa klubu ilə bağlı qərarını mayın 31-də açıqlayacaq.


Digər xəbərlər

Xəbər xətti