La Liqa klubunda yeni baş məşqçi

10:48 20 Mart 2018

İspaniyanın “Real Sosyedad” klubuna yeni baş məşqçi təyin olunub.

 

Sportarena.az xəbər verir ki, bir gün əvvəl Eusebio Sakristanı baş məşqçi postundan uzaqlaşdıran La Liqa təmsilçisi onu İmanol Alquasillə əvəz edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

Qeyd edək ki, “Real Sosyedad”ın yetirməsi olan, 10 ilə yaxın bu komandada çıxış edən Alquasil məşqçiliyə də elə doğma klubunda başlayıb. 2011-ci ildən etibarən “Real Sosyedad”ın yeniyetmə və gənclərdən ibarət komandalarında çalışan 46 yaşlı mütəxəssis ilk dəfə əsas kollektivə rəhbərlik etmək hüququ qazanıb.

 

“Real Sosyedad” 29 turdan sonra 33 xalla 15-ci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti