Kosovo millisinin baş məşqçisi: "Biz qarşıdakı oyunlarda favorit ola bilmərik"

12:38 20 Mart 2018

21 yaşadək futbolçulardan ibarət Kosovo millisinin baş məşqçisi Rafet Prekazi açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, mütəxəssis Avropa çempionatının seçmə mərhələsində martın 22-də millimiz, 27-də isə Almaniya yığması ilə qarşılaşacaqları görüş haqda danışıb:

 

“İndiyədək keçirdiyimiz bütün oyunlarda yaxşı çıxış etmişik. Bu uşaqlar göstərdilər ki, onların potensialları var. Gənc oyunçulardan ibarət yaxşı komandamız var. Biz qarşıdakı oyunlarda favorit ola bilmərik. Ancaq meydanda 200 faiz gücümüzü sərf etməliyik. Komandamıza güclü azarkeş dəstəyi lazımdır. Rəqiblərimizin kim olduğunu çox gözəl bilirik. Amma seçmə mərhələnin əvvəlində də demişdim ki, Kosovo yığması heç kim üçün "asan yem" olmayacaq”.


Digər xəbərlər

Xəbər xətti