Martın 27-də Türkiyənin Antalya şəhərində keçiriləcək Azərbaycan – Makedoniya yoldaşlıq oyununda VAR (videotəkrar) sistemi tətbiq olunacaq.
Sportarena.az xəbər verir ki, bununla əlaqədar Türkiyə Futbol Federasiyası AFFA-ya və Makedoniya Futbol Federasiyasına müraciət edib. Hər iki milli assosiasiya TFF-nin müraciətini müsbət cavablandırıb.