Mourinyo yeni mövsümün planlarını cızır - 7-i göndərir, 4-ü istəyir

15:19 20 Mart 2018

“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo növbəti mövsümün planlarını cızmağa başlayıb.

 

Sportarena.az xəbər verir ki, Çempionlar Liqasının 1/8 finalında “Sevilya”ya uduzaraq mübarizəni dayandıran mankunianların baş məqçisi yayda heyətdə ciddi dəyişikliklər edəcək. İngiltərə mətbuatında yer alan məlumata görə, portuqaliyalı mütəxəssis mövsümün sonunda 7 futbolçu ilə yolları ayırmağı planlaşdırır. O, artıq bu barədə rəhbərliyi məlumatlandırıb. Mütəxəssisin “qara siyahı”sına düşən futbolçuların Deyli Blind, Kris Smollinq, Luk Şou, Ander Herrera, Xuan Mata, Maruan Fellaini və Antoni Marsial olduğu deyilir.

 

Mourinyo bundan əlavə, növbəti mövsümdə sərəncamında görmək istədiyi 4 futbolçunu da klub rəhbərliyinə bildirib. Portuqal mütəxəssis “Tottenhem”dən Denni Rouz, “Şaxtyor”dan Fred, “Çelsi”dən Vilian və “Real”dan Qaret Beyli sərəncamında görmək istəyir.


Digər xəbərlər

Xəbər xətti