Ronaldo daha bir mükafat qazandı

20:30 20 Mart 2018

Portuqaliyada 2017-ci ilin ən yaxşı futbolçusu bəlli olub.

 

Sportarena.az xəbər verir ki, “Real”ın və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo vətənində 2017-ci ilin ən yaxşı futbolçusu seçilib. Bu barədə məlumatı yerli futbol federasiyası yayıb.

 

Xatırladaq ki, Ronaldo ötən il “Real”la Çempionlar Liqasını, La Liqanı, Klublararası dünya çempionatını, Avropa superkubokunu qazanıb. 33 yaşlı hücumçu bu il həmçinin, “qızıl top” mükafatına da sahib olub.


Digər xəbərlər

Xəbər xətti