Türkiyə millisində ciddi itki

20:52 20 Mart 2018

Futbol üzrə Türkiyə yığması İrlandiya və Çernoqoriyaya qarşı keçirəcəyi yoxlama oyunları öncəsi daha bir itki ilə üzləşib.

 

Sportarena.az xəbər verir ki, İspaniyanın “Selta” klubunda forma geyinən Əmrə Mor xəstə olduğu üçün, millinin toplanışına qatıla bilməyəcəyini açıqlayıb. O, bu barədə sosial şəbəkə hesabından məlumat yayıb. Türkiyə Futbol Federasiyası da xəbəri təsdiqləyib. Əmrə Morun əvəzində milliyə “Fənərbaxça”dan Alper Potuk dəvət olunub.

 

Daha öncə zədəli olduqları üçün Oğuzhan Özyakup və Ömər Toprak da Türkiyə millisinin heyətindən çıxarılmışdı. Onları müvafiq olaraq Mahmut Tekdemir və İrfan Can Kahveçi əvəz edib.

 

Türkiyə yığması martın 23-də doğma meydanda İrlandiya, ayın 27-də isə səfərdə Çernoqoriya ilə üz-üzə gələcək.


Digər xəbərlər

Xəbər xətti