Azərbaycan Kosovoya uduzdu - YENİLƏNİB

23:56 22 Mart 2018

Bu gün 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçirilir.

 

Sportarena.az xəbər verir ki, U-21 yığmamız Kosovonun qonağı olub. Bu matç ötən ilin sonunda gənclər yığmamızın “sükanı arxasına” keçən Rəşad Sadıqovun millinin baş məşqçisi kimi ilk rəsmi oyunu olub. Sadıqovun rəsmi debütü uğurlu alınmayıb. Komandamız səfərdə məğlubiyyətlə üzləşib - 0:2

 

Bu komandalar arasında ötən il Bakıda baş tutmuş ilk matç qolsuz bərabərliklə nəticələnmişdi.

 

Yığmamız seçmə mərhələdə keçirdiyi 6 oyundan cəmi 1 xal toplayıb və qrupun aşkar autsayderidi.  Kosovonun isə 10 xalı var. 

 

Qrupun digər oyununda isə Almaniya İsraili qəbul edəcək.

 

U-21 Avropa çempionatının seçmə mərhələsi: 5-ci qrup

22 mart

22:00 Kosovo - Azərbaycan 2:0
Hakimlər: 
Donald Robertson, Cordan Stokoe, Şon Karr, Nikolas Uolş (hamısı Şotlandiya) 
Mitrovitsa. Adem Yaşari Olimpiya stadionu


Digər xəbərlər

Xəbər xətti