Politeviç: "Azərbaycan millisi bütün rəqiblərinə qarşı döyüşdü"

12:27 22 Mart 2018

Azərbaycan millisinin yoxlama oyununda qüvvəsini sınayacağı Belarus yığmasının müdafiəçisi Sergey Politeviç ölkəsinin mətbuatına müsahibə verib.

 

Sportarena.az xəbər verir ki, Politeviç müsahibə zamanı yığmamız və Sloveniya millisinə qarşı keçirəcəkləri yoxlama oyunları barədə də danışıb:

 

“Yaxşı komandalara qarşı oynayacağıq. Buna görə, nikbinəm. Milli komanda uzun müddətdi bir araya gəlməyib. Şükür, bütün futbolçular sağlamdı və yoxlama oyunlarına tam hazırdılar. Lakin təəssüf ki, Polyakov zədələndi və qarşıdakı görüşlərdə çıxış edə bilməyəcək.

 

Rəqiblərimizin heç birinin oyunlarını izləməmişəm. Ancaq bilirəm ki, Azərbaycan millisi son seçmə mərhələdə yaxşı xal topladı və bütün rəqiblərinə qarşı döyüşdü. Sloveniya millisi bizdən səviyyəlidi? Bəli, bu ölkə Avropa İttifaqının üzvüdü. Buna görə, bu ölkədən olan gənc futbolçuların Avropanın güclü çempionatlarında çıxış etməsi daha rahatdı".

 

Xatırladaq ki, Azərbaycan - Belarus oyunu martın 23-də saat 20:00-da, Bakı Olimpiya stadionunda keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti