İqor Kriuşenko: "Qələbə bizim üçün çox vacib idi"

Sportarena.az      23 Mart 2018, 22:34

Yoldaşlıq oyununda səfərdə Azərbaycan millisini minimal hesabla qalib gələn Belarusun baş məşqçisi İqor Kriuşenko oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, belaruslu mütəxəssis öncə oyunla bağlı fikirlərini bildirib:

 

- Bizim üçün qələbə çox vacib idi. Çünki uzun müddətdi komanda mənim rəhbərliyim altında qələbə qazana bilmirdi. Top saxlamağa çalışırdıq. İlk dəqiqələrdə bu alınırdı. Lakin vaxt keçdikcə komandamın ifasında arzuladığım oyunu görmədim. Rəqib bizi sıxırdı. Bununla da, rəqibin arxa xəttində boş zonalar yaranırdı. Bundan istifadə etməyə çalışdıq. Bu, bəzən alınırdı, bəzən isə yox. Futbolçuların əksəriyyəti Belarus çempionatında çıxış edir. Çempionat başlamadığından, futbolçuların çoxu formada deyildi. Azərbaycanda isə əksinə, oyunçular yaxşı formada idi.

 

- Hamımız bilirik ki, Belarusda xokkeyə daha çox diqqət yetirilir. Bu yaxınlarda ölkə prezidenti Lukaşenko futbola da diqqət ayıracaqlarını dedi. Bu, sizdə təzyiq yaratmır ki? 
- Buna təzyiq yox, motivasiya kimi baxıram. Oyunçularımızın çoxu ölkə çempionatında çıxış edir. Belarusda akademiya tikilib. Bu oyunçuların yetişməsi üçün vaxt lazımdı

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin