Qurban Qurbanov Elvin Yunuszadəni millinin düşərgəsindən kənarlaşdırdı

15:50 24 Mart 2018

"Qarabağ"ın futbolçusu Elvin Yunuszadə milli komandamızın heyətindən kənarlaşdırılıb.

Sportarena.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb. Buna səbəb kimi mərkəz müdafiəçisinin nizam-intizam qaydalarını pozması göstərilir.

Qeyd edək ki, millimizin baş məşqçisi Qurban Qurbanov Belarusla yoxlama oyunundan sonra keçirilən mətbuat konfransında Araz Abdullayev və Elvin Yunuszadəni kiçik xətaya yol verdiklərinə görə matçın sifariş ərizəsinə daxil etmədiyini açıqlamışdı


Xəbər xətti