Ramos 150-ə çatdı

17:38 24 Mart 2018

Almaniya ilə yoxlama oyunu İspaniya millisinin kapitanı Serxio Ramos üçün əlamətdar olub.

Sportarena.az xəbər verir ki, 32 yaşlı müdafiəçi yığmanın heyətində 150-ci oyununa çıxıb. 1:1 hesablı bərabərliklə bitən görüşdə Ramos 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, İspaniya millisində ən çox oyun keçirən “Portu”nun qapıçısı İker Kasilyasdır. O, 167 dəfə millinin formasını geyinib.


Xəbər xətti