"Qarabağ" "Sumqayıt"a qalib gəldi

19:40 24 Mart 2018

Milli komandaların oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranmış fasilədən istifadə edən klublar bu gün yoxlama oyununda qüvvələrini sınayıb.

 

Sportarena.az xəbər verir ki, turnir cədvəlinin lideri “Qarabağ” da “Sumqayıt”la qarşılaşıb. “Azərsun Arena”da keçirilən oyunda meydan sahibləri 2:1 hesabıyla qalib gəliblər.

 

İlk yarıda hesab açılmayıb. Amma fasilədən sonra Pedro Enrike və Ruslan Hacıyevin vurduğu qollar Ağdam təmsilçisinə qələbə qazandırıb. “Sumqayıt”ın heyətində isə Elnur Abdullayev fərqlənib.

 

Yoxlama oyunu
24 mart

Qarabağ - Sumqayıt 2:1
Qollar:
Pedro Enrike, Ruslan Hacıyev – Elnur Abdullayev.

"Qarabağ": Anton Kanibolotski, Ansi Aqolli, Miçel, Arif Daşdəmirov, Abbas Hüseynov, Elçin Rəhimli, Dani Kintana, Rahid Əmirquliyev, Pedro Enrike, Əfran İsmayılov, Ağabala Ramazanov

"Sumqayıt": 1. Fərhad Vəliyev, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov, 7. Cavid Tağıyev, 8. Camal Camalov, 14. Bəxtiyar Həsənalızadə, 17. Nicat Qurbanov, 19. Azər Salahlı, 25. Süleyman Əhmədov, 77. Elnur Abdullayev, 97. Xəyal Nəcəfov


Xəbər xətti