Cüneyt Çakır millimizin oyununda videotəkrara baxacaq

10:31 25 Mart 2018

Azərbaycan millisinin Makedoniya ilə keçirəcəyi yoxlama matçı üçün bütün təyinatlar məlum olub.

 

Sportarena.az xəbər verir ki, Makedoniya ilə oyunu Türkiyədən olan hakimlər briqadası idarə edəcəyi barədə məlumat vermişdik.

 

Türkiyə Futbol Federasiyasının xahişi ilə bu oyunda videotəkrar sistemindən (VAR) istifadə olunacaq. Məhz bu yeni sistemlə əlaqədar millimizin Makedoniya ilə oyununa türkiyəli FİFA referisi Cüneyt Çakır da təyinat alıb. Antalyada keçiriləcək qarşılaşmada o, videotəkrara baxacaq. köməkçi videotəkrar hakim funksiyasını isə Hüseyn Göçek yerinə yetirəcək.

 

Qeyd edək ki, matçın əsas hakimi Halis Özkahya olacaq. Kemal Yılmaz və Kerem Ersoy köməkçi hakimlər kimi fəaliyyət göstərəcək. Dördüncü hakim funksiyasını isə Ali Palabıyık yerinə yetirəcək.

 

Əlavə edək ki, Makedoniya ilə qarşılaşma martın 27-də Antalyadakı “Mardan” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.


Xəbər xətti