Arda jurnalistə əsəbiləşdi: "Sənin başını sındıraram"

12:51 25 Mart 2018

Təxminən 2 həftə öncə ailə quran futbolçu Arda Turanla xanımı Aslıhan Doğan Nişantaşında bir restorandan çıxarkən görüntüləniblər.

Sportarena.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Aslıhan ona ünvanlanan sualları cavabsız qoyub. Bu zaman jurnalistlərdən biri "Aslıhan xanım, Ardamı danışmağı qadağan edib?" deməsi futbolçunu özündən çıxarıb. O, əsəbi halda jurnalistə "Ədəbli ol. Sənin başını sındıraram. Arvadımla danışırsan. Qadağan edib nə deməkdir?" deyib və çağırdıqları taksiyə minərək ərazini tərk edib.  

Qeyd edək ki, cütlük martın 12-də nikah masasına oturub. Ardanın nikah şahidi prezident Rəcəb Tayyip Ərdoğan olub.


Digər xəbərlər

Xəbər xətti