Futbolçu oyun vaxtı öldü - FOTOLAR + VİDEO

13:17 25 Mart 2018

Xorvatiya çempionatının Üçüncü Divizionunda bədbəxt hadisə baş verib.

 

Sportarena.az xəbər verir ki, “Marsoniya” və “Slavoniya” komandaları arasında baş tutan matçda “Marsoniya”nın futbolçusu Bruno Boban ölüb. 26 yaşlı futbolçu sinəsinə top dəydikdən sonra özünü piss hiss edib və yerə yıxılıb. Dərhal həkimlər ilkin müdaxilə göstərsələr də futbolçunun həyatını xilas etmək mümkün olmayıb.

 

Qeyd edək ki, B.Boban daha öncə “Slavoniya” və “Zaqreb” klublarında forma geyinib.


Digər xəbərlər

Xəbər xətti