Yunanıstan futbolunda növbəti qalmaqal - "Olimpiakos"un başı dərddə

15:52 25 Mart 2018

Yunanıstan futbolunda qalmaqallar bitmək bilmir. 

 

Sportarena.az xəbər verir ki, PAOK-dan sonra "Olympiakos"un da başı dərddədir. Məsələ burasındadır ki, "Olympiakos"un sahibi Evangelos Marinakis narkotik alverçisi olmaqda günahlandırılır. İngiltərənin "Nottinqem Forest" klubunun da sahibi olan Marinakisin 3 nəfərlə birlikdə bu işdə əli olduğu vurğulanıb.

 

Narkotik maddə istehsalında və onların satışında təqsirkar bilinən "Olympiakios"un sahibi istintaqa cəlb olunub. Məhkəmə qərarı açıqlayana qədər onun ölkəni tərk etməsi qadağandı.


Digər xəbərlər

Xəbər xətti