Millimiz İrlandiyaya uduzdu

16:11 25 Mart 2018

17 yaşadək qızlar arasında Avropa çempionatının elit-raundunda iştirak edən Azərbaycan millisi bu gün növbəti oyununa çıxıb.

 

Sportarena.az xəbər verir ki, yığmamız İrlandiya millisi ilə qarşılaşıb. Matç yığmamızın 0:1 hesablı məğlubiyyəti ilə nəticələnib.

 

Bu, millimizin qrupda keçirdiyi ikinci oyun idi. Seçmə komandamız qrupda keçirdiyi ilk matçda meydan sahibi Almaniya yığmasına 0:5 hesabıyla uduzmuşdu.


Digər xəbərlər

Xəbər xətti