UEFA-dan ÇL ilə bağlı mühüm dəyişiklik

10:12 26 Mart 2018

UEFA Çempionlar Liqasında mükafat sistemini dəyişmək niyyətindədi.

 

Sportarena.az xəbər verir ki, komandalar turnirdəki əvvəlki uğurlarına görə də mükafat əldə edəcəklər. Məlumata görə, mükafat fondu 4 kateqoriyadan ibarət olacaq. Mükafatın 30 faizi klubların ÇL tarixindəki uğurlarına görə veriləcək. Bunun üçün də komandaların ÇL tarixindəki çıxışları nəzərə alınmaqla, reytinqləri müəyyənləşəcək.

 

Çempionlar Liqasının ümumi mükafat fondunun 1,9 milyard avro olacağı gözlənilir.


Xəbər xətti