"Fənərbaxça"nın futbolçusu ölümdən döndü - VİDEO + FOTOLAR

10:51 26 Mart 2018

"Fənərbaxça”nın futbolçusu Martin Şkrtel ölümdən dönüb.
 
Sportarena.az xəbər verir ki, hadisə Slovakiya - Tayland yığmaları arasında yoldaşlıq görüşündə baş verib. Oyunun 28-ci dəqiqəsində top futbolçunun başına top dəyib və Şkrtel huşunu itirərək yerə yıxılıb. Dilə qatlanan futbolçu çətin anlar yaşayıb. Çevik tərpənən komanda yoldaşı Duda dili qatlanan yoldaşının əli ilə dilini boğazından çıxara və onun həyatını xilas edə bilib.
 
Şkrtel oyunu davam etdirib və 73-cü dəqiqədə əvəzlənib.
 
Qeyd edək ki, oyun Şkrtelin komandası Slovakiyanın 3:2 hesablı qələbəsi ilə başa çatıb. 

 
 
 


Digər xəbərlər

Xəbər xətti