"Araz"da yeni kapitan

11:35 26 Mart 2018

Dünən futzal üzrə Yüksək Liqada 21-ci turdan təsirə salınmış oyun keçirilib.

 

Sportarena.az xəbər verir ki, “Araz” - “Xəmsə” dueli lider üçün qələbədən başqa, bir məqamla da yadda qalıb. Belə ki, cari mövsümdə komandanı ilk dəfə kapitan kimi Rövşən Hüseynli meydana çıxarıb. Buna səbəb arxada qalan bütün oyunlarda iştirak edən Rizvan Fərzəliyevin sarı vərəqə limitini doldurması və cəzalı duruma düşməsidi. Buna görə də, kapitan sarğısı qapıçıya həvalə edilib.


Xəbər xətti