Azarkeşlər matçı yarımtikililərdən izlədilər

15:20 26 Mart 2018

Türkiyənin Artvin şəhərində Regional Həvəskar Liqası çərçivəsində “Artvin Hopaspor” ilə “Qars 36 Spor” komandaları çempionluq uğrunda mübarizə aparıb.

 

Sportarena.az xəbər verir ki, matçın ən yadda qalan detalı isə azarkeşlər olub. Qarşılaşmanı böyük maraqla gözləyən 15 000 “Hopaspor” azarkeşi matçı tribuna ilə yanaşı, stadionun ətranfındakı binalardan və yarımtikililərdən izləyib. Onlar təhlükəsizlik qaydalarına riayət etmədən ətrafdakı hündür yerlərdən komandalarına azarkeşlik edib.

 

Qarşılaşma 2:0 hesabı ilə ev sahibinin xeyrinə başa çatıb.


Digər xəbərlər

Xəbər xətti