"Liverpul" Almaniya millisinin üzvü üçün hərəkətə keçdi

16:21 26 Mart 2018

"Leyptsiq”in hücumçusu Timo Verner İngiltərə klubunun maraq dairəsinə düşüb.
 
Sportarena.az xəbər verir ki, bu barədə məlumatı "Bild" nəşri yayıb. Bildirilir ki, Almaniya millisinin üzvünə "Liverpul" göz dikib. Artıq ingilislər gənc hücumçunun klubu ilə danışıqlara başlayıblar.  Məlumatda "Leyptsiq”in Vernerə görə 100 milyon avro təzminat tələb etdiyi bildirilir.
 
Qeyd edək ki, forvard "Real”, "Atletiko” və "Arsenal” kimi klubların  maraq dairəsindədir. 


Xəbər xətti