Fransız futbolçu "Barselona"dan ayrılmaq istəyir

11:54 27 Mart 2018

İspaniyanın “Barselona” klubu müdafiəçisi Samuel Umtiti ilə yollarını ayırmağa hazırlaşır.

 

Sportarena.az xəbər verir ki, fransalı futbolçu yeni müqavilə ilə bağlı klub rəhbərliyi ilə razılığa gələ bilməyib. İspaniya mətbuatının iddiasına görə, rəhbərlik Umtitinin tələb etdiyi məbləği ödəmək fikrində deyil. O, komandanın ən çox maaş alan oyunçuları – Andres İnyesta və Luis Suares qədər qazanmaq fikrinə düşüb. Ancaq klub rəhbərliyindən rədd cavabı aldığı üçün fransız müdafiəçi “Barselona”dan ayrılmağa qərar verib.

 

Umtitinin “Barselona” ilə 2021-ci ilin iyununa qədər müqaviləsi var. Onu almaq istəyən klub isə Kataloniya təmsilçisinə 60 milyon avro təzminat ödəməlidi.

 


Digər xəbərlər

Xəbər xətti