Enis Bardi: "Azərbaycanla görüşdə yaxşı nəticə qazanmaq istəyirik"

16:15 27 Mart 2018

Makedoniya millisinin üzvü Enis Bardi Azərbaycan yığmasına qarşı keçirəcəkləri yoldaşlıq oyunu barədə danışıb.

 

Sportarena.az xəbər verir ki, o, bugünkü matçın əhəmiyyətindən bəhs edib:

 

"Azərbaycanla görüşdə yaxşı nəticə qazanmaq istəyirik. Bu, Millətlər Liqasına hazırlıq baxımından çox əhəmiyyətlidi. Azərbaycan hücum futbolu oynayır. Məncə, bu, işimizi asanlaşdıracaq. Qalib gələcəyimizə ümid edirəm. Bu cür nəticə Millətlər Liqasındakı çıxışımıza da müsbət təsir göstərəcək".

 

Antalyadakı "Mardan" stadionunda keçiriləcək Azərbaycan - Makedoniya oyunu saat 20:00-da start götürəcək.


Digər xəbərlər

Xəbər xətti