Azarkeş meydana girib Ronaldonu öpdü - VİDEO + FOTO

17:40 27 Mart 2018

Futbol üzrə Portuqaliya və Hollandiya milliləri arasında keçirilən yoldaşlıq matçında maraqlı anlar yaşanıb.

 

Sportarena.az xəbər verir ki, qarşılaşmanın ikinci hissəsində meydana bir neçə azarkeş daxil olub. Onlardan biri isə Portuqaliya yığmasının ulduz futbolçusu Kriştiano Ronaldoya tərəf qaçaraq hücumçunu öpüb. Bəlli olub ki, Ronaldonu öpən şəxs məşhur komik Samir Alikdir.

 

Qeyd edək ki, qarşılaşma Hollandiya millisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.



Xəbər xətti