UEFA Millətlər Liqasının mükafat fondunu açıqladı

18:15 27 Mart 2018

UEFA tarixdə ilk dəfə 2018-ci ildə keçiriləcək Millətlər Liqasının mükafatlarını açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, Avropa Futbol Çempionatına 4 komandaya birbaşa vəsiqə verəcək liqanın gəlirləri və bonus miqdarları da bəlli olub.

 

A, B, C və D olaraq, 4 liqa formasında təşkil ediləcək turnirdə ümumilikdə 76 milyon avro paylanacaq. UEFA liqaya qatılan 55 ölkəyə avtomatik olaraq qatılmaq pulu ödəyəcək. UEFA-dan əldə ediləcək gəlir isə liqadan liqaya dəyişir.

 

Belə ki, A liqası komandalarına 1,5 milyon, B liqasına 1 milyon, C liqasına 750 000, D liqası ölkələrinə isə 500 000 avro veriləcək. Qruplarında birinci olan komandalara iştirak pulundan əlavə də vəsait ödəniləcək. A liqası liderlərinə 1,5 milyon, B liqası liderlərinə 1 milyon, C liqası liderlərinə 750 000, D liqası liderlərinə isə 500 000 avro veriləcək.

 

A liqasındakı qrup birincilərinin qatılacağı, 2019-cu ilin iyun ayında oynanılacaq son bölümün gəlirləri isə belə olacaq:

 

Qazanan: 4,5 milyon avro

Finalçı: 3,5 milyon avro

Üçüncü: 2,5 milyon avro

Dördüncü: 1,5 milyon avro

 

Buna görə, A liqası ölkələri turnirində ən yüksək 7,5 milyon avro, B liqası ölkələri 2 milyon avro, C liqası ölkələri 1,5 milyon avro, D liqası ölkələri 1 milyon avro gəlir əldə edəcək.


Xəbər xətti