"Sumqayıt" məşqlərini bərpa etdi - VİDEO

21:20 27 Mart 2018

2 günlük istirahəti başa vuran “Sumqayıt” məşqləri bərpa edib.

 

Sportarena.az xəbər verir ki, komanda bu gün saat 16:00-da doğma arenada Samir Abasovun rəhbərliyi altında məşqə çıxıb.

 

Cavid İmamverdiyev, Amil Yunanov, Rəşad Eyyubov və Tural Axundov əsas, Ülvü İsgəndərov, Bəhlul Mustafazadə və Ehtiram Şahverdiyev isə U-21 millinin toplanışında olduğundan məşqdə iştirak etməyiblər. Əvəzedici heyətdən isə bir neçə futbolçu hazırlıq prosesinə cəlb olunub. 1.5 saat davam edən məşqdə əsasən toplu çalışmalara üstünlük verilib.

 

Qeyd edək ki, "Qəbələ" - “Sumqayıt” qarşılaşması 2 aprel tarixində Qəbələ Şəhər stadionunda keçiriləcək.


Xəbər xətti