Ufuk Budakdan xəbər var

21:43 27 Mart 2018

Türkiyə birinci liqa təmsilçisi “Samsunspor”un və millimizin futbolçusu Ufuk Budak zədəsini sağaldıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Xəbərdə futbolçunun bu gün komandası ilə məşqə çıxdığı qeyd edilib. Almaniyada müalicə alan futbolçu artıq tam sağalıb.

 

Xatırladaq ki, 27 yaşlı futbolçu bu ayın 11-də, birinci liqanın “Qaziantepspor”la səfər oyununda zədələnmişdi. Ufuk millimizin Belarus və Makedoniya ilə yoldaşlıq oyunlarına dəvət alsa da, zədə səbəbindən öz xahişi ilə heyətdən çıxarılmışdı.


Digər xəbərlər

Xəbər xətti