Tural Axundov: "Buna nail olduğumuzu deyə bilərəm"

00:48 28 Mart 2018

Futbol üzrə Azərbaycan milli komandasının müdafiəçisi Tural Axundov Türkiyənin Antalya şəhərində Makedoniya yığması ilə keçirilmiş yoldaşlıq oyunu barədə fikirlərini bildirib.

 

Sportarena.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən görüşdən sonra bunları söyləyib:

 

“Rəqib çox güclü komanda idi. Buna görə də güclü tərəflərini zərərsizləşdirməyə çalışdıq. Hətta buna nail olduğumuzu da deyə bilərəm. Bir neçə epizod oldu ki, hesabda önə keçə bilərdik. Bu cür çıxış etsək, yaxşı nəticələr əldə edəcəyik”.


Digər xəbərlər

Xəbər xətti