"Beşiktaş" Taliskanı birdəfəlik transfer edəcək

10:29 28 Mart 2018

"Beşiktaş"ın "Benfika"dan 2 illik icarəyə götürdüyü Anderson Taliskanın müqaviləsi mövsümün sonunda başa çatacaq.

 

Sportarena.az xəbər verir ki, İstanbul təmsilçisi müqavilənin şərtlərinə görə, 21 milyon avro qarşılığında braziliyalı yarımmüdafiəçinin transfer hüququna sahib ola bilər. Braziliya millisinə dəvət almış futbolçunun agenti Karlos Leyte böyük ehtimalla, Taliskanın "Beşiktaş"a transfer olacağını deyib.

 

Qeyd edək ki, futbolçunun adı "Mançester Yunayted", "Liverpul" və "Roma" kimi klublarla da hallanır. 


Xəbər xətti