Argentina millisi antirekordunu təkrarladı

10:48 28 Mart 2018

Yoldaşlıq oyununda İspaniyaya biabırçı hesabla məğlub olan Argentina millisi öz antirekordunu təkrarlayıb.

 

Sportarena xəbər verir ki, Madriddə baş tutan qarşılaşmada avropalılar cənubi amerikalıların qapısından 6 top keçirib. Qonaqlar qollardan yalnız birinin əvəzini çıxa bilib. Argentina millisinin lideri Lionel Messi zədə səbəbindən meydana çıxmayıb.

 

Bundan əvvəl "Albiselesta" iki dəfə eyni aqibətlə üzləşib. 1958-ci ildə Çexoslovakiyaya, 2009-cu ildə isə Boliviyaya 1:6 hesabıyla uduzan Argentinanı bu dəfə İspaniya məyus edib.

 

Qeyd edək ki, Xorxe Sampaolinin yetirmələri DÇ-2018-də D qrupunda Xorvatiya, İslandiya və Nigeriya ilə mübarizə aparacaq.


Xəbər xətti