Hazard "Çelsi"dən ayrılır? - "Nə olacağını onda görəcəyik”

15:18 28 Mart 2018

“Çelsi”nin futbolçusu Eden Hazard gələcək karyerası barədə danışıb.

 

Sportarena.az xəbər verir ki, belçikalı futbolçu yayda London klubunu tərk edəcəyi barədə xəbərlərə münasibət bildirib. O, İngiltərə mətbuatına açıqlamasında hazırda transfer barədə düşünmədiyini, bu barədə dünya çempionatından sonra fikirləşəcəyini bildirib:

 

“Çelsi” ilə 2 illik müqaviləm var. Burda çox xoşbəxtəm. Hazırda yalnız qarşıdakı oyunları və dünya çempionatını düşünürəm. Əvvəlcə mövsüm başa çatmalıdı. Sonra dünya çempionatında oynayacam. Bundan sonra tətilə çıxacam. Nə olacağını onda görəcəyik”.


Xəbər xətti