"Araz" 13-cü dəfə çempion oldu

17:54 28 Mart 2018

Bu gün futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasında 22-ci tura start verilib.

 

Sportarena.az xəbər verir ki, tur çərçivəsində 1 qarşılaşma baş tutub. Günün yeganə matçında “Araz” EKOL-u sınağa çəkib. Sona 6 tur qalmış çempionluğu təmin etmək üçün Naxçıvan təmsilçisinə qələbə lazım idi ki, ölkənin ən titullu klubu da bu vəzifənin öhdəsindən gəlib.

 

5:2 hesabı ilə qalib gələn “Araz” 13-cü çempionluğunu təmin edib. Düzdü, ən yaxın izləyicisi “Marafon Futsal” nəzəri cəhətdən xal hesabında çempiona çata bilər. Amma şəxsi oyunlardakı üstünlük “Araz”ı əlçatmaza çevirib.

 

Qeyd edək ki, turun “Neftçi” İK - “Yasamal” FK oyunu isə martın 30-da keçiriləcək. “FK.İD.Futsal” - “Marafon Futsal” dueli ikincilərin xahişi əsasında qeyri-müəyyən vaxta təxirə salınıb.

 

Yüksək Liqa, 22-ci tur

28 mart

Araz - EKOL 5:2

Qol: Qalo, 2:49, Bolinya, 13:38, 22:29, 35:59, O. Rüstəmli, 24:24 - F. Atakişiyev, 3:36, 14:24
Sarı vərəqə: İ. Atayev, 12:06, Bolinya, 17:52, X. Bağırov, 29:57 - N. Məmmədkərimov, 29:57
Hakimlər: Elçin Səmədli, Yusif Nurullayev, Anar Fərəcov 
Hakim-inspektor: Aslan Həsənov
Bakı İdman Sarayı


Xəbər xətti