Millimiz qrup mərhələsini məğlubiyyətlə başa vurdu

18:37 28 Mart 2018

Bu gün 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının elit-raund mərhələsində son oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, millimiz İslandiya ilə üz-üzə gəlib. Matç millimizin 1:3 hesablı məğlubiyyəti ilə nəticələnib.

 

Xatırladaq ki, millimiz daha öncə keçirdiyi oyunlarda da, Almaniya (0:5) və İrlandiyaya (0:1) məğlub olmuşdu. 

 

U-17, Avropa çempionatının elit-raund mərhələsi (qızlar)

28 mart

14:00 Azərbaycan - İslandiya 1:3

Qol: Dilara Soley Deli, 60 - Arna Eiriksdottir, 8; 36. Karolina Cek, 47. 


Digər xəbərlər

Xəbər xətti