"Zirə"də ciddi itki - "Kəpəz"lə oyuna qədər hazır olmağa çalışacam"

21:27 28 Mart 2018

Topaz Premyer Liqasının 21-ci turunda "Kəpəz"in qonağı olacaq "Zirə" ciddi itki ilə üzləşib.

 

Sportarena.az xəbər verir ki, komandanın əsas üzvlərindən biri Vüsal İsgəndərli zədələnib. Gənc yarımmüdafiəçi "Səbail"lə yoldaşlıq görüşünün gedişində xəsarət alıb. Futbolçu bu gün komandanın səhər məşqinə qatılsa da, oyunda iştirakı sual altındadı. Futbolçunun özü də Sportarena.az-a açıqlamasında xəbəri təsdiqləyib.

 

"Bəli, zədəm var idi. Bu gündən məşqlərə qoşuldum. "Kəpəz"lə oyuna qədər hazır olmağa çalışacam".

 

Qeyd edək ki, cari mövsümdə aktivində 6 qol olan Vüsal İsgəndərli komandanın ikinci məhsudlar futbolçusudu. O, komanda yoldaşı Riçard Qadzedən 2 top geri qalır.


Digər xəbərlər

Xəbər xətti