UEFA transfer bazarında inqilab etdi - Tarixi qərar

12:19 29 Mart 2018

Son zamanlar futbolçuların böyük məbləğlər müqavilində satılması UEFA-da böyük narahatlıq doğurub.

 

Sportarena.az xəbər verir ki, xüsusilə PSJ-nin transfer siyasəti qurumun hərəkətə keçmək üçün səbəb olub. Paris klubunun Neymara görə 222 milyon avro xərcə düşməsi və Kiliyan Mbappenin keçidinə görə "Monako"ya 2018-ci ilin yayında 180 milyon ödəməyə razı olması dünyanın transfer bazarında vəziyyəti xeyli gərginləşdirib. Məhz bu transferlərdən sonra klublar dəyəri 100 milyondan artıq olan bir neçə keçidlər reallaşdırıblar. Bu da maddi vəziyyətləri aşağı olan klubların kəskin etirazına səbəb olub.

 

Vəziyyətdən çıxış yolu axtaran UEFA "Maliyyə feyr-pleyi 1.0.2" adlandırılan layihəni hazırlayıb. Bundan sonra klublar bir mövsüm (!) ərzində 100 milyon avrodan artıq pul xərcləyə bilməyəcəklər. Transferlərə daha çox pul ayırmaq istəyən klub heyətindəki futbolçuları satmaq şərti ilə buna nail ola bilər. Futbolçunun gəlirindən əldə olunacaq təmiz gəlirin (!) transferlərə xərclənməsinə icazə verilir.

 

Bu məsələ martın 27-də Avropa Klublar Assosiasiyasının (ECA) Romada keçirilən iclasında müzakirə edilib. UEFA-nın layihəsi ECA tərəfindən qəbul olunub. Mayın 24-də UEFA-nın konqresində qərar təsdiqlənəcək. 2018/19 mövsmümün ilk transfer pəncərəsindən etibarən klublar yeni qaydalarla transfer əməliyyatlarını gerçəkləşdirəcək. Yaz-payız sistemi ilə keçirilən turnirlərdə isə bu qərar 2019-cu ilin yanvarın 1-dən qüvvəyə minəcək.


Digər xəbərlər

Xəbər xətti