Tevez həbsxanaya getdi, 1 aylıq zədələndi

13:28 29 Mart 2018

Boka Xuniors"un hücumçusu Karlos Tevezin həbsxana ziyarəti zədələnməsi ilə nəticələnib.

 

Sportarena.az xəbər verir ki, argentinalı forvard ordakı oyunda ayağından xəsarət alıb. Həbsxanada olan qardaşını ziyarət etməyə gedən Tevez orada 20 dəqiqəlik oyunda iştirak edib. Lakin matçın gedişində ulduz futbolçu zədələnib. Əzələsində problem aşkarlanan 33 yaşlı hücumçunun 1 ay yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.

 

Qeyd edək ki, bu ilin əvvəlində Argentinaya qayıdan Karlos Tevez “Boka Xuniors”un heyətində keçirdiyi 7 oyunda 3 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

 


Xəbər xətti