Messi İbizada otel aldı - FOTO

16:40 29 Mart 2018

İspaniyanın “Barselona” klubunun ulduzu Lionel Messi İbiza adasında hotel alıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb. Obyekt ikinci sahil xəttində - ən məşhur çimərliklərin birində yerləşir. Hoteldə 52 otaq, böyük hovuz, damda gözəl mənzərəli bar var. VİP xidmətlərin də təklif olunduğu mehmanxananın gecəsi 226 – 525 funt sterlinq təşkil edir.

 

Qeyd edək ki, Lionel Messi ötən il İspaniyanın Sidjes bölgəsində 26 milyon funt sterlinqə 4 ulduzlu hotel almışdı.


Xəbər xətti